22 aprel 2017, 12:50

Rövşən Bəşirov və başqalarından, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizin daha da inkişaf etməsi, xalqımızın firavan həyat sürməsi, yaxşı yaşaması üçün yorulmadan çalışdığınızı görür və yüksək qiymətləndiririk. Sizin Sərəncamınız əsasında yenidən qurulan Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraq-Varvara-Cırdaxan avtomobil yolu bu yaxınlarda istifadəyə verildi. Açılışında iştirak etdiyiniz bu yol kənd əhalisinin hədsiz sevincinə səbəb olub. Yollarımızın yaxşı vəziyyətdə olmaması əhalinin rayon mərkəzi ilə əlaqəsini çox zəiflədirdi. Hazırda Varvara kəndinin sakinləri rayon mərkəzinə və qonşu kəndlərə çox rahatlıqla, daha tez gedib gəlirlər.

Varvara Su Elektrik Stansiyasının yenidən qurulması həm elektrik enerjisinə olan tələbatımızın tam ödənilməsinə, həm də işsizliyin aradan qaldırılmasına mühüm töhfədir. İndi kəndlərimiz fasiləsiz elektrik enerjisi, əkin sahələrimiz isə bol suvarma suyu ilə təmin edilir.

Cənab Prezident, bütün bunlar xalqımızın həyat şəraitinin yaxşılaşmasına, sosial problemlərinin həllinə göstərdiyiniz diqqət və qayğınızın nəticələridir. Allah köməyiniz olsun.  

Hörmətlə,

Bəşirov Rövşən

Əliyev Sevda

Nəbiyeva Rüzgar

Yusibov Binnət və başqaları.

Azərbaycan Respublikası, Yevlax rayonu, Varvara kəndi.