24 aprel 2017, 18:45

Günay Qasımovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Sumqayıtı daha parlaq gələcəyə doğru aparan hərtərəfli inkişaf bir şəhər sakini kimi məni sevindirir. Bura mənim Vətənimdir. Mən burada yaşayır, işləyir və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirəm.  Sumqayıtlı olduğum üçün qürur hissi keçirirəm. 

Cənab Prezident, şəhərimizdə müasir standartlara cavab verən tikinti, quruculuq və abadlıq işlərinin aparılmasına, Sumqayıt sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Yolunuz uğurlu, işiniz avand, canınız sağlam, ömrünüz uzun olsun.  

Hörmətlə,         

Qasımova Günay Telman qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.