Gerb

25 aprel 2017, 11:50

Hörmətli cənab Prezident,

Respublikamızın bütün regionları kimi, Sumqayıt şəhəri də daim Sizin diqqət mərkəzinizdədir. Şəhərimizdə avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə imzaladığınız Sərəncamınız hər bir Sumqayıt sakinini sevindirdi.

Çəkilən yollardan, salınan parklardan, bulvardan istifadə edən hər bir şəxs bu işlərdən ağızdolusu danışır. Çünki görülən işlər əhalinin rahat yaşayışının təmin olunmasına xidmət edir.

Cənab Prezident, şəhərimizin sosial-iqtisad inkişafına verdiyiniz dəstəyə görə Sizə çoxsaylı sakinlər adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Adıgözəlov Mətləb Aləkrəm oğlu. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.