25 aprel 2017, 11:55

Quba Hüseynovadan, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rayonumuza hər gəlişinin biz yevlaxlılar üçün əsl bayrama çevrilir. Rayonumuza hər səfəriniz zamanı yeni binaların, məktəblərin, parkların, yolların, istehsal müəssisələrinin açılışını etməklə bizi çox sevindirirsiniz.

Budəfəki gəlişiniz zamanı istifadəyə verilən Varvara Su Elektrik Stansiyası bizə növbəti hədiyyənizdir. Bu stansiyanın yenidən qurulması onun gücünü bir neçə dəfə artırıb. Əminik ki, yenidən qurulan stansiya sayəsində elektrik enerjisi ilə təchizatımız daha da yaxşılaşacaq. 

Cənab Prezident, bütün bu işlərə görə bir ağbirçək ana olaraq Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Hüseynova Quba. 

Azərbaycan Respublikası, Yevlax rayonu, Balçılı kəndi.