Gerb

26 aprel 2017, 13:00

Hörmətli cənab Prezident,

Uzun illər idi ki, Cırdaxan kəndinin əhalisi asfalt yolun həsrətini çəkirdi. Kəndin avtomobil yolunun yararsız vəziyyətdə olması səbəbindən kənd zəhmətkeşləri becərdikləri məhsulu bazara çıxara bilmirdilər. Artıq bu problemimiz öz həllini tapıb. Sizin diqqət və qayğınız sayəsində tikilən, iştirakınız və xeyir-duanız ilə bu yaxınlarda istifadəyə verilən, kəndimizi ətraf kəndlərlə birləşdirən yeni asfalt yol rifah halımızın yaxşılaşmasına müsbət təsir göstərib.

 Əziz Prezidentimiz, buna görə kəndimizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Musayev Telman

Behbudova Gülxanım

Mansurova Çiçək və başqaları.

Azərbaycan Respublikası, Yevlax rayonu, Cırdaxan kəndi.