Nurlanda İsmayılovadan, Sumqayıt, Azərbaycan
Text size
29 aprel 2017, 12:30
Hörmətli cənab Prezident,
Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Sizin sayəsində Azərbaycan artıq dünyada tanınır və nüfuzunu daha da artırır. Xalqımız da Sizi və Sizin uğurlu siyasətinizi hər zaman dəstəkləyir.
Əziz Prezidentimiz, doğma Sumqayıtımıza göstərdiyiniz diqqət və qayğı şəhər sakinlərini sevindirir. Şəhərimizin gündən-günə çiçəklənməsi, inkişaf etməsi məhz Sizin qayğınızın nəticəsidir. Şəhərimizdə görülən bütün bu işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
İsmayılova Nurlanda Hüseyn qızı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.