29 aprel 2017, 12:40

Mirəziz Əzizlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş  və Zati-aliləriniz tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir ki, minlərlə gənc xaricdə təhsil alaraq Azərbaycana qayıdıb və ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Bunun bariz nümunəsi olaraq, mən “Parlaq Zəka” intellektual yarışının qaliblərindən biri kimi Böyük Britaniyada təhsil alaraq Vətənə qayıtmış və əmək fəaliyyətimə başlamışam. 

Cənab Prezident, qürur hissi ilə qeyd etmək istəyirəm ki, sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi ilə əlaqədar imzaladığınız 2017-ci il 25 aprel tarixli Sərəncamınızda əməkdaşı olduğum MMC-nin icraçı direktorunun adının olması ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verən insanların fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Zati-aliləriniz tərəfindən imzalanan həmin Sərəncam fəaliyyətimizə böyük stimul olmaqla bizi ölkəmizin iqtisadi inkişafı üçün daha da əzmlə çalışmağa şövq edir. 

Cənab Prezident, bütün sahələrə olduğu kimi, ölkəmizin iqtisadi inkişafına və gənclərə göstərdiyiniz böyük diqqətə görə Sizə bir daha təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.  

Hörmətlə, 

Əzizli Mirəziz Mirbağır oğlu.     

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi.