01 may 2017, 16:15

Mehdi Ağayev və Maksim Aslanovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində Azərbaycanın son illərdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizin inkişaf strategiyasını müəyyən edir. Mötəbər tədbirlərdə bu layihələrə istinad edilməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunu şərtləndirən amillərdəndir.

Möhtərəm Prezident, Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə özünü büruzə verir. Sumqayıt şəhərinin gündən-günə çiçəklənməsi də biz sumqayıtlıları sevindirir. Qazandığımız nailiyyətlərə görə Sizə borcluyuq. Sumqayıt şəhərinə göstərdiyiniz xüsusi qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ağayev Mehdi Qəyyum oğlu,

Aslanov Maksim Babakişi oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.