02 may 2017, 12:10

Mustafa Nəsirovdan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yaşadığımız bina Sizin Ağsu rayonunda çoxmərtəbəli yaşayış binalarının təmiri üçün ayırdığınız vəsait hesabına yüksək səviyyədə təmir olundu, həyətdə abadlıq işləri görüldü, küçələrə asfalt döşəndi. Bütün bunlar biz sakinlərin ürəyincədir. 

Cənab Prezident, bizim üçün yaratdığınız rahatlığa görə bütün sakinlər adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Uca Tanrıdan işləriniz həmişə avand olmasını diləyirik. 

Hörmətlə,

Nəsirov Mustafa  Hüseynalı oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.