02 may 2017, 14:40

Ruhəngiz Süleymanovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illərdə Sumqayıtda böyük quruculuq-abadlıq işləri görülüb və hazırda bu proses uğurla davam etdirilir. Şəhərimizdə möhtəşəm Heydər Əliyev Mərkəzinin tikilməsi, binaların təmiri və fasadlarının yenilənməsi, vətəndaşların istirahəti və sağlamlığı üçün dənizkənarı bulvarın yenidən qurulması, övladlarımızın asudə vaxtını səmərəli keçirmələri üçün incəsənət və şahmat məktəblərinin açılması bizi çox sevindirir, dövlətimizə olan inamımız və ehtiramımızı daha da artırır.

Əziz Prezidentimiz, bütün bunlar Sizin şəhərimizə göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Sumqayıta və sumqayıtlılara göstərdiyiniz diqqətə görə yerli sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Süleymanova Ruhəngiz Seydul qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.