Bənzər Qaflanova və başqalarından, Sumqayıt, Azərbaycan
03 may 2017, 11:00
Hörmətli cənab Prezident,
İnsan öz taleyini Vətənin taleyi ilə bağlayanda xalq tərəfindən ucaldılır, əziz tutulur. Sizin xalqımız üçün gördüyünüz işlər göz qabağındadır. İndi ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri görülür. Bizim yaşadığımız Sumqayıt şəhəri də son illər ərzində öz simasını tamamilə dəyişərək göz oxşayan şəhərə çevrilib. Sizin sayənizdə indi şəhərimizlə fəxr edirik.
Cənab Prezident, Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Qaflanova Bənzər Abdulşir qızı
Bayramova Səbinə Ağakişi qızı
Nuriyeva Xuraman Bəybala qızı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 6-cı mikrorayon.