03 may 2017, 14:00

Yaşar Kərəmovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Ailəmiz Azərbaycanın xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu daim müdafiə edib və bu gün Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirik. Ölkəmizdə hökm sürən sabitlik və dayanıqlı inkişaf Ulu Öndərin siyasi kursuna sədaqətinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir. Siz Azərbaycan Respublikasının hər bir vətəndaşının Prezidenti olduğunuzu əməli fəaliyyətinizlə təsdiq edirsiniz. Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin etməyiniz ailəmizin hədsiz sevincinə səbəb oldu.

Möhtərəm Prezident, həmçinin vətəndaşların müraciətlərinə baxılması işində müsbət irəliləyişlərə görə Sizə həm öz adımdan, həm ailəm, həm də yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm.

Allah çətin, şərəfli və məsuliyyətli işinizdə Sizə kömək olsun.

Hörmətlə,        

Kərəmov Yaşar Cahangir oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.