Gerb

03 may 2017, 16:50
W1siziisijiwmtcvmduvmdmvm2tpbgfvdgvvov8wms5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=a7274065c680e60b

Prezident İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul edib.

Səfir Tiefinq Konate fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tiefinq Konate etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keitanın yaxın zamanlarda Azərbaycana gözlənilən səfərinin önəmini qeyd edən dövlətimizin başçısı bu səfər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını vurğuladı. Prezident İlham Əliyev Tiefinq Konatenin ölkəmizdə səfir kimi fəaliyyətə başlamasının əməkdaşlığımıza dair bir sıra vacib məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.

Mali xalqının və hökumətinin Azərbaycan xalqına salamlarını çatdıran səfir Tiefinq Konate Azərbaycan ilə Mali arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu qeyd etdi, ölkəmizdəki fəaliyyəti dövründə respublikalarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycana ilk dəfə 2013-cü ildə nazir vəzifəsində olarkən səfərə gəldiyini xatırlayan Tiefinq Konate ölkəmizdə səfir təyin edilməsindən çox məmnun olduğunu dedi, ona göstərilən yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.


Böyük ölçüdə