03 may 2017, 18:30

Bayram Bilalov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Sizin bütün sahələrdə həyata keçirdiyiniz siyasətinizi dəstəkləyirik. Müstəqil dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsi üçün görülən işlər, təsdiq edilən yeni qanun və məcəllələr vətəndaşların hüquqlarının təmin olunması, onların daha yaxşı yaşayışı üçün zəmin yaradır. Biz Mənzil Məcəlləsinə uyğun olaraq, ötən ilin sonunda Binəqədi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmışıq. Bunun sayəsində yaşadığımız binanın kommunal xidmətlərlə, o cümlədən istiliklə təminatının yaxşılaşdırılmasını həyata keçirdik.

Cənab Prezident, yaratdığımız cəmiyyətin dövlət qeydiyyatına alınmasında bizə lazımi kömək göstərildi və fəaliyyətimiz dəstəkləndi. Ölkə vətəndaşlarına göstərilən belə yüksək xidmət səviyyəsinə görə, ilk növbədə, Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Hörmətlə,

Bilalov Bayram

Əliyev Ədalət

Hüseynov Elşad

Səmədova Məlahət və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.