Şıxı Yaqubovdan, Mingəçevir, Azərbaycan
Text size
04 may 2017, 13:30
Hörmətli cənab Prezident,
Əməyimə verdiyiniz böyük qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. İncəsənət xadimləri həmişə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşlar. Onun layiqli davamçısı kimi Siz də sənət adamlarına yüksək qayğı göstərir, mütəmadi olaraq onları mükafatlandırırsınız. Bir neçə gün bundan əvvəl imzaladığınız Sərəncamla mükafatlandırılan incəsənət xadimləri sırasında mənim də adımın olmasından çox sevindim.
Cənab Prezident, bu yüksək mükafata görə Sizə “Çox sağ olun” deyir, uzun ömür, Vətənimizin çiçəklənməsi yolunda uğurlar arzu edirəm.
Hörmətlə,
Yaqubov Şıxı, Əməkdar Artist.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.