04 may 2017, 12:00

Sima Alıyeva və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizi ürəkdən bəyənir və təqdir edirik. Sumqayıt şəhərinə daim göstərdiyiniz diqqət və qayğı bizi sevindirir, bizdə böyük qürur və fərəh hissi yaradır. Şəhərimizin yollarının əsaslı təmiri ilə əlaqədar bu günlərdə imzaladığınız Sərəncamı da bu qayğının tərkib hissəsi hesab edirik.

Möhtərəm Prezident, Sumqayıt şəhərində həyata keçirilən abadlıq, tikinti işlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi heç vaxt darda qoymasın.

Hörmətlə,

Alıyeva Sima

İmaməliyeva Nüşabə

Ələkbərova Rəfiqə

Abdullayeva Tərlan.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.