04 may 2017, 14:00

Səadət Qurbanovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illər Sizin gərgin əməyiniz sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda böyük uğurlar əldə edilib. Siz Vətənimizin inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. İndi dünya Azərbaycanı daha yaxşı tanıyır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, müxtəlif nüfuzlu yarışlar, tədbirlər bütün dünyaya səs saldı.

Cənab Prezident, Siz, həmçinin ölkəmizin şəhər və rayonlarının müasir üslubda qurulması, daha yaraşıqlı olması üçün çox böyük işlər görürsünüz. Sumqayıt şəhəri də Sizin diqqətiniz nəticəsində gündən-günə gözəlləşir və abadlaşır. Bütün sumqayıtlılar adından və şəxsən öz adımdan Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qurbanova Səadət.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.