04 may 2017, 14:30

Kamal Hacıyev və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınızla həyata keçirilən islahatlar, eləcə də regionların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər öz bəhrəsini verir və əhali tərəfindən sevinclə qarşılanır. Kəndimizdə köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəkləri, naqilləri, transformatorları dəyişdirilib, sakinlər keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunublar. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması heç şübhəsiz ki, əkin-biçin işlərimizə də müsbət təsir göstərəcək.

Möhtərəm Prezident, kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Yolunuz hər zaman işıqlı olsun.

Hörmətlə,

Hacıyev Kamal

İbrahimov Süleyman

Piriyev Rasim

Mənsimov Mirbaba və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Arasbar kəndi.