04 may 2017, 16:10

Xatirə Həbibova və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Doğma şəhərimiz Sumqayıtın gündən-günə gözəlləşməsi, yaşayış binalarının təmiri, yeni dənizkənarı bulvarın salınması, musiqi və şahmat məktəblərinin tikilməsi, Heydər Əliyev Mərkəzinin inşası Sizin şəhərimizə olan sevginizin, diqqət və qayğınızın nümunələridir. Şəhərimizdə görülən abadlıq və quruculuq işləri çox təqdirəlayiqdir. Ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafına, nüfuzunun yüksəlməsinə görə qürur hissi keçiririk.

Möhtərəm Prezident, bunlar hamısı Sizin sayənizdə baş verir. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Həbibova Xatirə

Abdullayeva Günel

Əhmədzadə İlhamə

Səlimova Vüsalə və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.