05 may 2017, 11:00

İlahə Həsənlidən, Sumqayıt, Azərbaycan

Çox hörmətli Prezidentimiz,

Bir ailəni idarə etmək çox çətindir. Amma Siz ölkənin bütün yükünü öz çiyinlərinizə götürmüsünüz. Bu yolda Sizə möhkəm iradə arzulayıram.

Ölkəmiz müharibə şəraitində olsa da, Siz həm ictimai-siyasi məsələlərlə, həm də xalqın rifahının yaxşılaşdırılması ilə yaxından maraqlanırsınız. Belə bir vəziyyətdə doğma Sumqayıtımızın abadlaşdırılması üçün göstərdiyiniz qayğı bir şəhər sakini kimi məni çox qürurlandırır. Şəhərimiz gündən-günə gözəlləşir, dənizkənarı bulvar gözəlliyi ilə göz oxşayır. Binaların fasad və dam örtüklərini yenilənməsi, yolların təmiri, yeni yaşıllıqların salınması hamının ürəyincədir. Bütün bunlar Sizin dəstəyiniz sayəsində mümkün olub. Sumqayıtın bugünkü uğuru Sizin şəhərimizə göstərdiyiniz qayğınızın bariz nümunəsidir. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Həsənli İlahə Şahbaz qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.