Bəxşeyş Ələmşahovdan, Sumqayıt, Azərbaycan
Text size
05 may 2017, 11:10
Möhtərəm cənab Prezident,
Siz Azərbaycan xalqının döyünən ürəyi, türk dünyasının müdrik liderlərindənsiniz. Sizin qayğınız sayəsində ölkəmiz gündən-günə çiçəklənir və əhalinin həyat səviyyəsi getdikcə yüksəlir.
Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Sumqayıt Azərbaycanın işıqlı və inkişaf etməkdə olan şəhərinə çevrilib. Sumqayıtlılar Sizi sevir və dəstəkləyirlər.
Hörmətli cənab Prezident, şəhərimizdə yolların əsaslı təmiri ilə bağlı bu yaxınlarda imzaladığınız Sərəncam da hamımızın ürəyincə oldu. Buna görə çox sağ olun. Tanrı Sizi qorusun.
Hörmətlə,
Ələmşahov Bəxşeyş.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.