05 may 2017, 16:40

Mənsum İbrahimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sərəncamınızla mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini böyük sevinc hissi ilə qarşıladım. Buna görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Azərbaycan mədəniyyətinə xidmət etdiyim 40 il ərzində qazandığım bütün fəxri ad, titul və mükafatlara görə ümummilli liderimiz Heydər Əliyevə və Sizə borcluyam. Əlbəttə ki, milli muğam sənətimizin dünya miqyasında tanınmasında və təbliğ olunmasında bir muğam ifaçısı kimi ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdaram.

Cənab Prezident, bir daha Sizə təşəkkürümü bildirir, Mehriban xanıma, övladlarınıza cansağlığı, uzun ömür, Azərbaycanımızın inkişafı və ölkə vətəndaşlarının rifah naminə səmərəli fəaliyyətinizdə uğurlar diləyirəm. Sizi əmin edirəm ki, bundan sonra da bütün qüvvə, bacarıq və istedadımı milli mədəniyyətimizin çiçəklənməsi və Azərbaycan muğamının təbliği yolunda sərf edəcəyəm.

Böyük hörmətlə,

İbrahimov Mənsum

“Şöhrət” ordenli Xalq Artisti

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.