06 may 2017, 15:45

Oruc Qurbanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2017-ci il 1 may tarixli Sərəncamınızda öz adımı görmək mənə çox xoş təsir bağışladı.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, dövlətimizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qurbanov Oruc İzzət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.