08 may 2017, 12:00

Adil Məmmədov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Əhalinin elektrik enerjisi ilə keyfiyyətli və fasiləsiz təmin edilməsi üçün son illər ərzində respublikamızda xeyli iş görülüb. Çox şadıq ki, bu işlər bizim kəndimizdən də yan keçməyib. Sakini olduğumuz Ağcabədi rayonunun Hüsülü kəndində elektrik dirəkləri və transformatorlar yenilənib, köhnə elektrik naqilləri sip-kabellə əvəz olunub.

Möhtərəm Prezident, kəndimizin elektrik sistemində həyata keçirilən yenidənqurma işlərinə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Allah köməyiniz olsun!

Hörmətlə,

Məmmədov Adil,

Sadıqov Dostu,

Ağayev Habil,

İbadov Səbuhi və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.