Gerb

01 iyun 2011, 11:00

Möhtərəm cənab Prezident,

Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikilməsi ilə bağlı 27 may 2011-ci il tarixli Sərəncamınız biz ağcabədililərə sevinc bəxş etdi.

Rayonumuzun bütün sakinləri Sizin 2008-ci il yanvarın 17-də və 2011-ci il mayın 6-da Ağcabədiyə səfərlərinizi qürürla xatırlayırlar. 2008-ci ildə ilk səfəriniz zamanı rayonumuza təbii qazın verilməsinin bərpası qəlbimizə bir hərarət gətirdi. 2011-ci il mayın 6-da Ağcabədiyə səfəriniz zamanı 9 obyektin açılışında olmağınız, Sizin Sərəncamınızla inşa edilmiş Ağcabədi-Qaradolaq-Kəbirli yolunda maşın sürməyiniz rayonumuzun bütün sakinləri üçün əvəzedilməz anlar, sonsuz sevinc bəxş edən hadisələr idi.

Möhtərəm cənab Prezident,

Rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətlənməsi və eləcə də Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı sərəncamlarınız Sizin ağcabədililərə göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsidir. Sizə çox-çox minnətdarıq, sonsuz təşəkkür edirik, sizinlə fəxr edir və qürur duyuruq.

Tanrı Sizi qorusun.

Hörmətlə,

YAP Ağcabədi rayon təşkilatının fəalları adından
dərin hörmət və ehtiramla A.Quliyev, N.Bünyadov, T.Rəhimov,
E.Qənbərov, A.Muradov və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.