09 may 2017, 17:00

Raisa Qasımova və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin sayənizdə doğma şəhərimiz Sumqayıt gözəlliyi ilə göz oxşayır. Yaşayış binaları əsaslı təmir olunub, həyətlərdə yaşıllıqlar və sakinlər üçün istirahət zonaları salınıb. Yenidən qurulan dənizkənarı park isə şəhərimizə xüsusi gözəllik verir. Eyni zamanda, avtomobil yollarının əsaslı təmiri istiqamətində xeyli iş görülüb və görülməkdədir. Bu yaxınlarda yolların əsaslı təmiri ilə əlaqədar maliyyə vəsaitinin ayrılması barədə imzaladığınız Sərəncam bizi bir daha sevindirdi.

Cənab Prezident, şəhərimizə göstərdiyiniz qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Bütün sumqayıtlılar Sizi və həyata keçirdiyiniz siyasi kursu dəstəkləyirlər.

Hörmətlə,

Qasımova Raisa Rəhim qızı

Əzizova Təranə Əbülfət qızı

Əhmədova Fəridə Firudin qızı

Rəcəbova Vüsalə Qurban qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 17-ci mikrorayon.