10 may 2017, 12:30

Xəyalə Abbasova və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt sakinləri Sizin şəhərimizə böyük diqqət və qayğı göstərdiyinizi görür və bunu sevinclə qarşılayırlar. Bunun sayəsində şəhərimizdə böyük quruculuq-abadlıq işləri görülmüşdür. İnsanların rifahının yaxşılaşdırılması üçün görülən işlər də təqdirəlayiqdir. 

Əziz Prezidentimiz, şəhərimizə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah hər bir işdə köməyiniz olsun. 

Hörmətlə,

Abbasova Xəyalə Mais qızı,

Həsənova Şəfaqət Mahid qızı,

Hətəmova Lalə Alış qızı,

Quliyeva Sahilə Fazil qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 17-ci mikrorayon.