10 may 2017, 13:40

Əlisəfa Nəbiyev və başqalarından, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident,

Kəndimizin bütün sakinləri Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirlər. Ölkəmizdə rəhbərlik etdiyiniz illərdə Azərbaycanın bütün şəhər və rayonları, kənd-qəsəbələri abadlaşdırılıb. Bizim Hacıqabul  rayonunun kəndlərində də xeyli iş görülüb. Qarasu, Abdulabad, Talış, Meyniman, Kolanı, Axtacı və Muğan kəndlərini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə maliyyə vəsaitinin ayrılması və hazırda işlərin davam etdirilməsi biz kənd sakinlərini çox fərəhləndirdi və sevindirdi.

Cənab Prezident, biz kənd sakinləri yolun keyfiyyətli çəkilməsindən çox razıyıq və Sizə təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Nəbiyev Əlisafa,

Mamedov Əzizağa,

Hüseynov Əlikram,

İbrahimov Murad və başqaları

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi.