Gerb

01 iyun 2011, 16:00

Zati-aliləri,

Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm hadisə, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Fərəhlə qeyd edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış müstəsna ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq qarşılıqlı anlaşmaya, ümumi dəyərlərə və müştərək amallara əsaslanır.

Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirir və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq diləyirəm.

Səmimiyyətlə, Sizin

Mixeil Saakaşvili
Gürcüstanın Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR