11 may 2017, 14:10

Əsədulla İbadovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın gündən-günə inkişafına, dünya dövlətləri arasında özünə layiqli yer tutmasına, Ordumuzun güclənməsinə və qüdrətlənməsinə, xalqımızın güzəranının yaxşılaşdırılmasına, həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. 

Respublikamızın hər bir bölgəsi kimi, Qobustan rayonunun da abadlaşdırılması, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi yerli sakinləri razı salır.

Hörmətli cənab Prezident, ölkəmizdə görülən işlər barədə çox danışmaq, çox yazmaq olar. Sizə - bu işlərin memarına bir daha təşəkkür edir, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İbadov Əsədulla Bəhrəm oğlu.

Azərbaycan Respublikası, Qobustan rayonu, Ərəbşahverdi kəndi.