12 may 2017, 18:30

Valeh Salehovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Firavan bu günümüzü, xoşbəxt gələcəyimizi təmin etdiyinizə, Azərbaycanı dünyada söz sahibi olan dövlətlər sırasına çıxardığınıza, xalqımıza layiq olduğu həyatı verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ümummilli liderimiz Heydər Əliyevin milli taleyimizə bəxş olunmasının 94 illiyinə həsr edilmiş “Basqal xalq sənətkarlığı bayramı”nın iştirakçıları Ulu Öndərə Allahdan rəhmət diləyirlər. Xalq sənətkarlığı bayramının təntənələrini ünvanınıza alqışlarla başlayırıq. Sizin diqqətinizin və qayğınızın nəticəsidir ki, səfərlərinizlə şərəfləndirdiyiniz İsmayıllının və Basqal qəsəbəsinin sosial problemləri uğurla həll olunur. Qəsəbəmizə asfalt yol, qaz kəməri çəkilib, körpü salınıb, qədim diyarımızın tarixi abidələrinin qorunması üçün tarix-mədəniyyət qoruğu yaradılıb. Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyətinizin nəticəsi olaraq, Basqal kəlağayısı UNESCO-nun qeyri maddi-mənəvi irs siyahısına daxil edilib.

Bu gün də biz kəlağayı sənətkarlığı əsasında Ulu Öndərə dərin hörmət, ehtiram və sədaqətimizin rəmzi olaraq “Basqal xalq sənətkarlığı bayramı”nı keçiririk. Bir daha təminatlı, fərəhli həyata çatdığımıza, sabaha çox böyük ümidli olduğumuza görə Sizə hədsiz minnətdarlığımızı bildiririk.

9 May – Qələbə Günündə keçirdiyimiz bayramdan doğan sevinclə bildiririk ki, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan tezliklə böyük Qələbəyə çatacaq.

“Basqal xalq sənətkarlığı bayramı”nın iştirakçıları adından dərin hörmətlə,

Salehov Valeh Məmmədhəsən oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.