Gerb

13 may 2017, 12:00

Hörmətli Prezident,

Bütün regionlarda olduğu, kimi bu il rayonumuzda da Sizin tapşırığınızla əhalinin tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir. Əsaslı təmirdən sonra 2010-cu ildə Zati-aliniz tərəfindən açılışı edilmiş rayon mərkəzi xəstəxanasında vətəndaşların tibbi müayinədən keçməsi üçün yüksək səviyyədə hazırlıq işləri aparılmış, normal şərait yaradılmışdır. Kəndlərdən əhali qruplarla tibbi müayinəyə gəlir. Bizim üçün yaradılmış bu şəraitə görə kənd sakinləri adından Sizə minnətdarlığımızı və razılığımızı bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Yüzbaşı Talıbov,

Hümbətəli Talıbov,

Arif Abdulov,

Ağakişi Ağayev,

Aşur Musayev,

Məjuəli Məmiyev,

Cahil Məmmədov və başqaları – cəmi 28 nəfər.            

Azərbaycan Respublikası, Lerik rayonu, Sinəband kəndi.