13 may 2017, 13:30

Rəfiqə Bəşirovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın qədim sənəti olan xalçaçılığa böyük dəyər verdiyinizə və məni “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq gördüyünüzə görə öz adımdan, ailəm və bütün Qobu xalçaçıları adından Sizə dərin təşəkkür edirəm.

Cənab Prezident, Allah Sizi Azərbaycanımızın başı üstündən əskik etməsin. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da təşəkkürümüzü bildiririk. Çünki, bu qədim sənətə ən böyük dəyər verənlərdən biri də odur. Çox sağ olun, Sizə minnətdarıq!

Hörmətlə,

Bəşirova Rəfiqə Xanağa qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobu qəsəbəsi.