15 may 2017, 11:40

Qurbanəli Məmmədovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz uğurlu siyasət, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir, yaşamaq eşqimizi, qurub-yaratmaq həvəsimizi daha da artırır. Sizin siyasətinizdən və tapşırıqlarınızdan irəli gələn məsələlər regionlarda davamlı olaraq yerinə yetirilir. Dövlət qurumlarının rəhbərləri əhali ilə tez-tez səyyar görüşlər keçirir, onların problemləri ilə maraqlanır, təkliflərini dinləyir və həlli ilə əlaqədar lazımi işlər görürlər.

Möhtərəm Prezident, vətəndaşların müraciətinə daha həssaslıqla yanaşılmasına, bizi narahat edən məsələlərin həllinə görə Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədov Qurbanəli Məmmədəli oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Kalinovka kəndi.