Gerb

20 may 2017, 12:30

Möhtərəm cənab Prezident,

Fərdi sahibkar kimi baytarlıq preparatlarının satışına lisenziya almaq üçün Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə müraciət etmişdim. Müraciətimə qısa zamanda baxıldı və mənə müddətsiz lisenziya verildi.

Cənab Prezident, lisenziyaların sadələşdirilmiş şəkildə və müddətsiz olaraq verilməsinə, bunun üçün tələb olunan rüsumların məbləğlərinin aşağı salınmasına, ümumiyyətlə, son dövrlərdə sahibkarlığın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Şahbazov Şükür İsmayıl oğlu, sahibkar.

Azərbaycan Respublikası, Gəncə şəhəri.