Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

26 may 2017, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizə ehtiramımı bildirim və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edirəm.

Uzun illər boyu bizim regionlarımız arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa edilməsi buna növbəti parlaq sübutdur.

Səmimi qəlbdən ümid edirəm ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətlə,

Aleksandr Jilkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru