27 may 2017, 14:30

Murad Rüstəmovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Fərmanınızla Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra rayon xəstəxanasında iş prosesi yenidən qurulub və insanlara təmənnasız tibbi xidmət göstərilir. Mən də uzun illərdir belimdəki ağrılardan əziyyət çəkdiyimdən icbari sığortadan yararlanmaq üçün həkimə müraciət etdim. Mənə yüksək səviyyədə qayğı və tibbi yardım göstərildi, lazımi məsləhətlər verildi. Xəstəxanadan xoş əhval-ruhiyyədə ayrıldım.

Möhtərəm Prezident, səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinə başlandığı üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu proses özünü tam doğruldacaq və biz vətəndaşlar bundan çox faydalanacağıq.

Hörmətlə,

 

Rüstəmov Murad Teymur oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.