Gerb

30 may 2017, 18:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

İcazə verin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlmiləl kollektivi adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan fiziklərinin BNTİ alimləri ilə informasiya texnologiyaları, neytron fizikası və bununla bağlı elmlər sahəsində səmərəli əməkdaşlığı genişlənməkdə və möhkəmlənməkdə davam edir. Yaradılmasının 60 illiyi münasibətilə 2016-cı ilin oktyabrında Azərbaycanda uğurla keçirilmiş BNTİ günləri institutun Sizin ölkənizin tədqiqat mərkəzləri ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu əyani şəkildə təsdiq etdi.

BNTİ ilə Azərbaycan alimləri arasında qarşılıqlı əlaqələrin genişlənməsini dəstəklədiyinə və bu işə kömək göstərdiyinə görə Azərbaycan rəhbərliyinə çox minnətdarıq. Ümidvar olduğumuzu bildiririk ki, bu əməkdaşlıq bundan sonra da fəal inkişaf edəcək, Azərbaycan alimləri bizim institut çərçivəsində fundamental fizika və oxşar fənlər sahəsində yeni elmi layihələrdə geniş iştirakını davam etdirəcəklər.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh və tərəqqi arzu edirik.

Səmimi hörmətlə,

Viktor Matveyev

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki