İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadidən

31 may 2017, 19:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikası Hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə dost xalqınıza və ölkənizə əmin-amanlıq, rifah diləyir, şəxsən Sizə işlərinizdə uğurlar və cansağlığı arzulayıram.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Heydər Əl-İbadi

İraq Respublikası Nazirlər Kabinetinin sədri