01 iyun 2017, 09:01

Kamil Qasımov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə həyata keçirilən Dövlət proqramları bütün regionlarda olduğu kimi, Mingəçevir şəhərində də böyük inkişafa səbəb olmuşdur. Şəhərimizdə yeni istehsal və emal müəssisələri yaradılmış, mövcud müəssisələrdə istehsal fəaliyyəti genişləndirilmiş, yeni park və xiyabanlar salınmış, müasir standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilmişdir. Sakini olduğumuz Energetiklər qəsəbəsində də quruculuq işləri aparılır. Ulu öndərimiz Heydər Əliyevin ad günündə - mayın 10-da qəsəbəmizdə yeni parkın istifadəyə verilməsi böyük sevincimizə səbəb oldu.

Cənab Prezident, biz yaxşı başa düşürük ki, bütün bunlar Sizin qayğı və diqqətinizin nəticəsidir. Saymaqla qurtarmayan bütün bu işlərə görə bir daha Sizə minnətdarlıq edirik. Yerli sakinlər adından Sizi əmin edirik ki, gələcəkdə görüləcək işlərdə də hamımız yaxından iştirak edəcək, müstəqil Azərbaycanımızın daha da inkişafı üçün öz töhfəmizi verəcəyik.

Hörmətlə,

Qasımov Kamil Əlibaba oğlu,

İmanov Yadulla Həbib oğlu,

Cəfərov Rəhman Kamal oğlu,

Müseyibov Kamil Əkbər oğlu və başqaları - cəmi 45 nəfər.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Energetiklər qəsəbəsi.