Gerb

01 iyun 2017, 16:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi yetirirəm.

Sizi əmin edirəm ki, mən Monqolustan ilə Azərbaycan arasındakı dostluq münasibətlərini xalqlarımızın maraqları naminə daha da genişləndirməyə və inkişaf etdirməyə sadiqəm.

Monqolustan beynəlxalq səviyyədə dənizə çıxışı olmayan, inkişaf edən ölkələr məsələsi ilə bağlı qəti fəaliyyət göstərir və bu ölkələrin Ulan-Batorda Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Əminəm ki, Azərbaycan yaxın gələcəkdə dənizə çıxışı olmayan, inkişaf edən ölkələrin hüquqlarının və maraqlarının qorunmasına xidmət edən Beynəlxalq Beyin Mərkəzinin yaradılması barədə çoxtərəfli razılaşmaya qoşulacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və inkişafı ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Saxiaqiyn Elbeqdorj

Monqolustanın Prezidenti