02 iyun 2017, 15:00

Əfsər İmanovdan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz xalqımız üçün gördüyünüz işlərlə sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Sizin üçün insan amilindən yüksək bir amal yoxdur. Məhz Sizin tapşırığınızla Honuba-Şıxlar kəndində yeni, hər cür şəraitə malik tibb məntəqəsi tikildi və mayın 26-da onun təntənəli açılışı oldu.

İnanırıq ki, bundan sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi daha da yaxşılaşacaq. Bizə göstərdiyiniz diqqətinizə görə Honuba-Şıxlar və Zeynələzir kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

İmanov Əfsər Tehran oğlu,

Yardımlı Rayon Zeynələzir Kənd Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Yardımlı rayonu.