03 iyun 2017, 15:00

Sahib Əhmədovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən bir neçə il idi ki, ürək xəstəliyindən əziyyət çəkirdim. Ancaq müəyyən səbəblərdən əməliyyat oluna bilmirdim. Yevlax rayonunda yerləşən xəstəxana Sizin Fərmanınızla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verildikdən sonra mənim kimi xəstələr icbari tibbi sığorta sisteminin tətbiqi hesabına şəfa tapmışıq. Bu il mart ayının 29-da Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olundum. İndi özümü çox yaxşı hiss edirəm.

Əziz Prezidentimiz, sağlamlığıma qovuşduğuma və bizim üçün belə gözəl şərait yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. 

Hörmətlə,

Əhmədov Sahib Qara oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.