Gerb

06 iyun 2017, 18:05

Möhtərəm cənab Prezident,

Sizi Tərtər rayonunun Qardağlı kəndinin sakinləri adından salamlayırıq. Biz tərtərlilər Sizi dəstəkləyirik və ətrafınızda sıx birləşmişik. 

Hörmətli cənab Prezident, Tərtər-Goranboy magistral avtomobil yolu yenidən qurulur. Bu yol yaşadığımız Qardağlı kəndini rayon mərkəzi və qonşu Goranboy yolu ilə yanaşı, 8 kəndlə də birləşdirir. Hazırda magistral yol genişləndirilərək eni 8 metrə çatdırılıb. Yol kənarında yeni səkilər, yaşıllıq zolaqları salınıb, gecə işıqlandırılması təmin olunub. İndi ikitərəfli yolda avtomobillərin hərəkəti asanlaşıb. Yolun yenidən qurulması işləri davam etdirilir.

Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Hörmətlə,

İbrahimov Fikrət

Quliyeva Suqra

İlyasova Tacirə

Qarayeva Arif

Orucov Bayram

Quliyeva Səriyyə

Mustafayev Mustafa.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qardağlı kəndi.