Gerb

07 iyun 2017, 13:15

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycan Respublikasının inkişafı göz qabağındadır. Yeni-yeni məktəblərin tikilməsi, ən ucqar rayonlara, kənd və qəsəbələrə təbii qaz verilməsi, insanların güzəranının yaxşılaşdırılması və digər işlər çox təqdirəlayiqdir. Xalqımıza göstərdiyiniz qayğı hamı tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi, qonaqların hərtərəfli qayğı ilə əhatə olunması Azərbaycanın yaxşı təşkilatçılıq imkanlarına və zəngin multikultural dəyərlərə sahib olduğunu bir daha nümayiş etdirdi.

Mən bir müəllim kimi, Sizdən – dövlət rəhbərimdən razıyam. Ətrafımda olan insanların da Sizə sevgisini görürəm. Respublikamızın dünya ölkələri arasında öz sözünü deyə bilməsi bizi də qürurlandırır. İnanıram ki, Azərbaycanın gələcəyi bundan da yaxşı olacaq.

Cənab Prezident, biz Sizi dəstəkləyirik. O gün olsun ki, Qarabağımız işğaldan azad olsun və orada qələbəmizi qeyd edək!

Hörmətlə,

Qulamova Gülər Şirəli qızı

Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.