08 iyun 2017, 17:50

Zahir Əliyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən təmas xəttinə yaxın yerləşən Ağdam rayonunun Əfətli kəndində yaşayıram. Bu il fermer təsərrüfatımda 12 hektar sahədə pambıq əkmişəm. Hazırda kənd əhalisi ilə birlikdə becərmə işlərini aparırıq və bol məhsul gözləyirik.

Cənab Prezident, Sizin kənd təsərrüfatının inkişafına, xüsusilə də pambıqçılığa və baramaçılığa diqqət yetirməyiniz biz fermerlərdə böyük ruh yüksəkliyi yaradıb.

Cənab Prezident, bizim üçün yaratdığınız gözəl şəraitə görə şəxsən öz adımdan və fermer təsərrüfatımda işləyən bütün sakinlər adından Sizə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Əliyev Zahir Oktay oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.