09 iyun 2017, 12:52

Əhliman Məmmədovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

Gündən-günə gözəlləşən müstəqil Azərbaycanımızın bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da hər tərəf, hər yan göz oxşayır. Qədim Bərdə torpağında, sözün əsl mənasında, ürəklər fərəh hissi ilə döyünür. Təbii qaz, işıq, su ilə fasiləsiz təmin olunmuşuq. Kommunikasiya və digər sahələrdə də xalqa yüksək səviyyədə xidmət göstərilir.

Sizin Sərəncamınızla inşa edilən Yeni Daşkənd-Umudalılar avtomobil yolu 15-dən çox kəndin əhalisinin böyük sevincinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, hər bir azərbaycanlının Prezidenti olaraq bizə göstərdiyiniz qayğıya görə ailə üzvlərim və bütün bərdəlilər adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Əhliman Kərəm oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu, Mehdixanlı kəndi.