Gerb

09 iyun 2017, 17:55

Möhtərəm cənab Prezident,

Müasir Azərbaycanın vətəndaşı olmaqdan qəlbən qürur duyaraq, müqəddəs Ramazan ayında sevinərək, çox böyük minnətdarlıqla Sizə bildiririk ki, yaşadığımız binalar Sizin Sərəncamınızla ayrılan vəsait hesabına təmir olunur, ətrafları abadlaşdırılır. İsmayıllı şəhərinin Nizami Gəncəvi, Ərəstun Mahmudov və Əbülhəsən küçələrində yaşayan sakinlər adından sevincimizi Sizinlə bölüşürük. Həmçinin qeyd etmək istəyirik ki, şəhərimizin meydanlarında, küçələrində təmir və abadlıq işləri aparılır.

Cənab Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə daha xoşbəxt yaşayacağımız günlər, aylar və illər hələ qarşıdadır. Allah Sizi, Azərbaycanımızı qorusun. Müstəqilliyi əbədi olan dövlətimiz, inşallah, Sizin rəhbərliyinizlə böyük Qələbəyə nail olacaq.

Hörmətlə,

Baxışov Səmid, əmək veteranı

Səlimov Mais, tibb işçisi

Nuriyev Yaşar, təqaüdçü

Abdullayeva Kəmalə və başqaları (cəmi: 25 nəfər).

Azərbaycan Respublikası, İsmayıllı rayonu.