10 iyun 2017, 16:00

Camal Sadıqovdan, İmişli, Azərbaycan

 Möhtərəm cənab Prezident,

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Sizin xüsusi tapşırığınız və Sərəncamınızla görülən işlər bizi ruhlandırıb və işğal altındakı digər torpaqlarımızın da yaxın gələcəkdə azad ediləcəyinə inamımızı artırıb. Bu istiqamətdə müəyyənləşdirdiyiniz siyasətinizin həyata keçirilməsində Sizi dəstəkləyir və Sizə güvənirik. 

Cənab Prezident, inanırıq ki, quruculuq işləri işğaldan azad olunacaq digər torpaqlarımızda daha geniş miqyasda davam etdiriləcəkdir. 

Füzuli rayonu 35 saylı məktəbin kollektivi adından dərin hörmətlə, 

Sadıqov Camal Ərşad oğlu.
    
Azərbaycan Respublikası, İmişli rayonu.