10 iyun 2017, 16:20

Şafiq Heydərovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Respublikamızda meliorasiya və irriqasiyanın bünövrəsi ötən əsrin əvvəllərində qoyulub. Lakin onun kompleks şəkildə yenidən qurulması, irimiqyaslı, müasir meliorasiya və irriqasiya sistemlərinin – su anbarlarının, nasos stansiyalarının, hidroqovşaqların tikilməsi, bir sözlə, möhtəşəm meliorasiya infrastrukturunun yaradılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.  

Ümummilli Liderimiz tərəfindən başladılmış iqtisadi, o cümlədən meliorasiya və su təsərrüfatı sahəsindəki islahatlar bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Gənc, müstəqil dövlətimizin iqtisadiyyatı getdikcə möhkəmlənir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır. 

Möhtərəm Prezident, biz melioratorlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, gənc, müstəqil ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə, 

Heydərov Şafiq Əhmədağa oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.